Logo

Tehranda tələbələr aksiya keçirib

28.01.2022 14:57 696 baxış
IMG

Bu gün Tehran Universitetinin bir qrup tələbəsi BMT-nin Tehrandakı nümayəndəliyi qarşısında aksiya keçirib.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada yerli tələbələrlə yanaşı, universitetdə təhsil alan xarici tələbələr də iştirak ediblər. Aksiya iştirakçıları BMT-dən Yəməndə hərbi əməliyyatların dayandırılmasını tələb ediblər.

Aksiyada iştirakçıları birdiriblər ki, Yəməndə davam edən hərbi əməliyyatlar zamanı 16 min günahsız insan həlak olub, 1 milyona yaxın yəmənli isə doğma evini tərk etmək məcburiyyətində qalaraq qaçqın vəziyyətinə düşüb.

Aksiyaçılar yazılı tələblərini BMT-nin Tehrandakı nümayəndəliyinin əməkdaşına təqdim ediblər.

Aksiya insidentsiz başa çatıb.

Xəbər lenti