3-6 mart 2022-ci il tarixlərində Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları yarışları keçirilib.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarışlarda ölkəmizi təmsil edən 13-19 yaş kateqoriyasında yığma komandanın üzvləri Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə uğurla iştirak edərək qızıl medala layiq görülüblər.