Paytaxtın Nizami rayonunda yerləşən 210 nömrəli tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva tərəfindən gözəl təşəbbüs irəli sürülüb.
Tehsil.biz xəbər verir ki, H.Gülalıyeva rəhbəri olduğu məktəbin bütün qadın müəllim həmkarlarına, texniki işçilərinə və məktəbin ictimai işlərində, təhsilində fərqlənən şagird xanımlarına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gül hədiyyə edərək öz təbriklərini çatdırıb.
Sosial şəbəkədə yayılan həmin görüntüləri təqdim edirik: