Ukraynada itkin düşdüyü deyilən tələbə bacılarla bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Tehsil.biz xəbər verir ki, bu barədə Oxu.Az-a Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızının ailə yaxınları məlumat verib.
Onlar bildirib ki, bu məlumatın sosial şəbəkədə kim tərəfindən paylaşıldığını bilmirlər, lakin qızlar Ukraynada bibisinin yanındadılar:
“Həmin qızlar itkin düşməyib, hər ikisi bibisinin yanındadırlar. Hazırda Ukraynanın Mariupol şəhərindədirlər. Onlar da zirzəmiyə yığılıblar, təxliyə olunmağı gözləyirlər. Heç kim itkin düşməyib. Sonuncu dəfə anası onlarla danışıb. Qızların ata-anası Azərbaycana toya gəlmişdilər. Ukraynada bu hadisələr başladı deyə valideynləri geri qayıda bilmədilər. Qızların şəkillərinin paylaşılması ailəsinə pis təsir edir. Xahiş edirik, belə məlumatlar paylaşılmasın”.