Karantin rejiminin yumşaldılmasından sonra bəzi universitetlərdə dərslər və mühazirələr tam olaraq ənənəvi formada keçiriləcək.
Tehsil.biz Xezerxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Quliyeva bildirib ki, təmsil etdiyi ali təhsil ocağında dərslər ənənəvi qaydada keçirilsə də, pandemiya ilə əlaqədər olaraq mühazirələr indiyə qədər onlayn qaydada təşkil olunurdu.
Üstəlik, xarici tələbələr üçün dərs və mühazirələrin hər ikisi onlayn təşkil edilirdi. Ancaq qaydaların yumşaldılması xəbərindən sonra universitetdəki bütün onlayn dərslər ənənəvi formaya keçəcək.
Bakı Dövlət Universitetindən isə bildirilib ki, karantin qaydalarının yumşaldılması qərarından sonra bu ali təhsil ocağının Elmi şurası dərslərin keçirilməsi qaydasına yenidən baxacaq.
Dövlət İdarəçilik Akademiyasından isə deyilib ki, növbəti ilk iş günündə bu qərara baxılacaq və dərslərin bundan sonra necə təşkil edilməsinə qərar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: