Logo

Sevdiklərinin üzünə tüpürmək, darçınla subayların üzünə vurmaq, kişiyə çevirən əlcəklər – Ən qəribə 10 adət

07.03.2022 13:26 618 baxış
IMG

Tehsil.biz Kulis.az-a istinadən müxtəlif xalqların ən qəribə adətlərini təqdim edir:

Hindistan: tualet kağızı qadağandır!

Hindistanda tualetlərin çoxunda tualet kağızı istifadə edilmir və tualet kağızından istifadə etmək qəbahət sayılır.

Tidunq bölgəsi – İndoneziya: 3 gün tualetə getmək olmaz!

İndoneziyanın Şimali Kalimantan əyalətində yerləşən Tidunq bölgəsində yeni evlənmiş cütlüklər 3 gün tualetə getməməlidir. Əgər dözə bilməsələr, bu, həyatlarının bərbad olacağına işarədir.

Masayi qəbiləsi – Keniya: Üzünə tüpürürəmsə dəyərlisən!

Kiməsə qəzəbləndikdə “bu şərəfsizin üzünə tüpürmək lazımdır” kimi cümlələri tez-tez qururuq. Keniyanın Masayi qəbiləsində isə, insanlar sevdikləri, hörmət etdikləri şəxslərin üzünə tüpürürlər.

Meksika: Qətiyyən sarı gül vermə!

Çoxumuz güllərlə sevdiklərimizin könlünü fəth etməyə çalışırıq. Bunu meksikalı qızlarla olan münasibətlərinizdə yoxlamayın. Çünki, onlar sarı gülü ölümün rəmzi hesab edirlər.

Almaniya: Toydan əvvəl boşqabların aqibəti

Almaniyada “Polterabend” adəti var. Bu adətə görə, toydan əvvəl bütün qohum-əqrəba yeni evlənən cütlüyün evinə yığışıb qab-qacağı sındırırlar. Cütlüyə isə ortalığı yığışdırmaq qalır.

Danimarka: Ad günündə subaylara darçınla hücum

Bu adət XVI əsrdən bəri qorunub-saxlanılır. Bir nəfər ad günündə hələ də subaydırsa, dostları ona darçın atmalıdır.

Venezuela: Hamı gecikə bilər, onlar yox!

Gecikmək bütün dünyada geniş yayılmış vəziyyətdir. Venezuelada isə belə deyil. Təkcə iclaslar və ya şənliklərə yox, ümumiyyətlə, heç yerə gecikmək olmaz.

Macarıstan: Qədəh toqquşdurmaq? Bunu bacarmaram

Macarıstana səyahət edənlərin diqqətini çəkən hadisələrdən biri – heç kim içki içərkən qədəh toqquşdurmur. Bu köhnə adət Avstriyanın macar inqilabına qalib gəlib zəfəri qədəh toqquşduraraq qeyd etdiyi 1848-ci ildən qalıb.

Braziliya: Qarışqalı əlcəklər

Braziliyada Satere-Maue qəbiləsindən bir oğlan uşağı yetkinlik yaşına çatdıqda minlərlə qarışqa ilə doldurulmuş əlcək geyinərək rəqs etməlidir. Ancaq bundan sonra kişi hesab oluna bilər.

Fransa: Subaysansa gülməli papaqlar taxmalısan!

Hər il 25 noyabrda subay fransız qadınlar “Fête de la sainte-catherine" gününü qeyd edirlər. Həmin gün 25 yaşı tamam olmuş subay qadınlar müdrikliyi təmsil edən yaşıl və sarı papaqlar taxırlar.

Xəbər lenti