Logo

“Peşəkarlığın Rəsmi” haqqında seminar keçirilib

10.03.2022 10:15 407 baxış
IMG

Mart 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Strateji inkişaf məsələləri üzrə prorektorluğunun təşkilatçılığı ilə jurnalist, PR menecer Səmayə Məmmədova ilə “Peşəkarlığın Rəsmi” adlı seminar keçirilib.

ADPU-da "Tehsil.biz"ə verilən məlumata görə, seminarda universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin, Strateji İnkişaf Mərkəzinin əməkdaşları və SABAH Magistratura tələbələri iştirak ediblər.

S.Məmmədova özünün çoxillik praktik təcrübəsi əsasında gənclərə müasir həyatda ictimaiyyətlə əlaqələrin (Public Relations – PR) əhəmiyyəti və alətləri haqqında danışıb, onların suallarını cavablandırıb.

Seminar çərçivəsində həmçinin S. Məmmədovanın praktik təcrübələrinə əsasən ərsəyə gətirdiyi “Peşəkarlığın Rəsmi” adlı kitabının imza mərasimi də təşkil olunub. Müəllif kitabda ictimaiyyətlə əlaqələr sahəsində addımlamaq istəyən gənclərlə bu sahədə uzun illərin təcrübəsinə malik peşəkar jurnalist-menecer kimi həmsöhbət olur, onlarla öz baxışlarını bölüşür.

Qeyd edək ki, Səmayə Məmmədova 14 il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat katibi olub.

Xəbər lenti