11 mart 2022-ci il tarixində Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində "Şagird özünüidarə günü" keçirilib.
"Tehsil.biz"in məlumatına görə, məqsəd şagirdlərin idarəetmə səriştələrini artırmaq, müstəqil qərarvermə, problem həlletmə, innovasiyaları tətbiqetmə bacarıqlarını inkişaf etdirmək, onlarda məsuliyyət hissini yüksəltmək, müsbət dəyərlərin daha sistemli tərbiyəsini həyata keçirməkdir.
Şagird özünü idarə günündə liseyə rəhbərlik şagirdlər tərəfindən həyata keçirilib. Eyni zamanda hər bir sinifdə dərslər fənn müəlliminin nəzarəti ilə şagirdlər tərəfindən tədris edilib.
Dərslər bitdikdən sonra liseyin akt zalında müəllimlərinin pedaqoji şurasının iclası keçirilib.
Liseyin şagird rəhbərləri izlədikləri dərslər, liseydə təlimin və idarəetmənin keyfiyyəti, arzu və istəkləri, təkliflərini pedaqoji şurada bildiriblər.