Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Aşıq Molla Cümə küçəsində yaşayan 17 yaşlı Ayla özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.
"Tehsil.biz"in əldə etdiyi məlumata görə, Ayla paytaxtın 212 nömrəli tam orta məktəbinin 11-ci sinfində təhsil alırmış.
Buraxılış imtahanından 70 bal topladığı deyilən Aylanın dərslərinə görə ailəsi tərəfindən sıxışdırıldığı da iddia olunur. Onun yalnız arabir məktəbə gəldiyi, hadisə günü günorta saatlarında tarix fənnindən hazırlıq dərslərində iştirak etdiyi, lakin kefsiz olduğu bildirilir.
Qeyd edək ki, bu gün Ayla dəfn olunması üçün Balakənə aparılıb.