Tural Hətəmovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Tehsil.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin ehtimallara görə, 20 yaşlı Tural sevdiyi qıza görə həyatına son qoyub. Məlum olub ki, hadisədən bir müddət əvvəl Tural sevdiyi qızdan ayrılıb və bu, onda dərin sarsıntı yaradıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olan gəncin mobil telefonu və digər əşyalar maddi sübut kimi götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.