Logo

BŞTİ müdiri deputatın iddialarına CAVAB VERDİ: "Boş-boş danışmaqla deyil..." - VİDEO

30.06.2022 09:54 1812 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Millət vəkili Etibar Əliyevin BŞTİ-yə qarşı səsləndirdiyi iddialara münasibət bildirib.

İdarənin müdiri Mehriban Vəliyeva "Tehsil.biz"in sualını cavablandırarkən bildirib ki, Etibar Əliyevin iddiaları əsassızdır:

"Belə əsassız iddiaların rəsmi şəxs tərəfindən səsləndirilməsi təəssüf doğurur. Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər hər hansı bir əsası varsa, biz hazırıq, bunu hüquq mühafizə orqanları sayəsində araşdırıb üzə çıxarmaq mümkündür. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi deyə bilərəm, iddia edə bilərəm. Biz tam şəffaf, qanunauyğun fəaliyyət göstərdiyimizə əminik. Bu və ya bu kimi isbatsız iddiaların əsassız şəkildə irəli sürülməsi yanlışdır. Etibar Əliyevin əsası varsa, buyurub araşdıra bilər, biz olmayan halı araşdırmırıq".

"Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər günahkar biziksə, biz cavab verək. Yox, əgər o yalan deyirsə, o cəzalandırılsın" - deyə Mehriban Vəliyeva qeyd edib.

Qeyd edək ki, son zamanlar Milli Məclisin deputatı Etibar Əliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə qanunsuz əməllərin baş verməsi, birbaşa təyinatların olması, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadənin isə idarənin içində "idarə" yaradaraq məktəblərə direktor təyin etməsi kimi iddialar irəli sürmüşdü.

Həmçinin oxuyun: "BŞTİ intriqa yuvası, pul yığımı, bioqrafiyası natəmiz direktorlar, vəsait mənimsənilməsi" - Deputat yazır...

Xəbər lenti