Logo

Maksimum nəticə göstərən abituriyent: "700 bal toplayacağıma əmin idim"

03.08.2022 18:25 2933 baxış
IMG

"İlk imtahanda sualın birini yanlış cavablandırdığıma görə çox məyus oldum. Kimisi yenidən imtahan verməyimi, kimisi də verməməyimi deyirdi. Mən isə düşündüm ki, əgər yenidən imtahan verməsəm, peşman ola bilərəm. Elə bu səbəbdən də şansımı növbəti dəfə sınamaqdır deyə qərar verdim".

Bunları "Tehsil.biz"ə açıqlamasında IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən Nigar Ağazadə deyib.

O bildirib ki, imtahandan çıxandan sonra sualları yoxlatdırıb:

"İmtahandan çıxanda sualları yoxlatdırdım, hamısı doğru çıxdı. Sözün düzü, o qədər əmin idim ki, elə 700 balı da gözləyirdim. Çox şadam ki, məqsədimə çatdım".

Nigar məqsədinin həkim olduğunu qeyd edib.

"Artıq Türkiyədə bəzi universitetlərə müraciət etmişik. Əgər alınarsa, təhsilimi orada davam etdirmək istəyirəm, amma ölkəmizdə seçimim Azərbaycan Tibb Universitetidir", - deyə Nigar Ağazadə əlavə edib.

Həmçinin oxuyun: Paytaxt məktəbinin məzunu maksimum nəticə göstərib - FOTOLAR

Xəbər lenti