Logo

Universitet bufetində oturacaqların götürülməsi ilə bağlı AÇIQLAMA

21.09.2022 15:30 285 baxış
IMG

Odlar Yurdu Universitetinin Rektorluğu təhsil müəssisəsinin bufetində oturmaq üçün stulların yığışdırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, videoda qeyd olunan oturacaqlı hissə təkcə müəllim heyəti üçün deyil, həmçinin tələbələr üçün də açıqdır:

"Təcrübə onu göstərir ki, dərslərarası tənəffüs vaxtı az olduğundan və tələbələr ayaqüstü fastfood tipli yeməklərdən istifadə etdiyindən, həmin furşet tipli masalar tənəffüs vaxtının tələblərinə daha çox uyğundur. Bu səbəbdən Odlar Yurdu Universiteti yeməkxanasının maddi və texniki bazası tamamilə yenilənmişdir. Yeməkxanamızda yeni, müasir tələblərə cavab verən və bir çox Avropa ölkələrində olduğu kimi iki növ masalar quraşdırılmışdır.
Tələbə sayı çox olan təhsil müəssisələrində bu metodun tətbiq olunmasını məqsədəuyğun hesab edirik".

Xəbər lenti