Logo

Texnologiya Universitetindən rektorun səs yazısı ilə bağlı AÇIQLAMA

07.10.2022 15:59 494 baxış
IMG

Xəbər verdiyimiz kimi, Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən audioyazısı ortaya çıxıb.

"Tehsil.biz"in məlumatına görə, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb. O, hətta universitetin xanım əməkdaşlarını da təhdid edib. Yaşar Ömərov əməkdaşlardan öz ərizələri ilə işdən getmələrini tələb edir.

Məsələ ilə bağlı sözügedən ali təhsil müəssisəsindən “Tehsil.biz"in sorğusuna cavab olaraq bildirildi ki, universitetdə son dövrdə heç bir əməkdaş işdən azad olunmayıb:

“Universitetimizdə hər bir müəssisədə olduğu kimi müqavilə müddəti bitdiyinə görə, yaxud öz ərizəsi ilə işdən ayrılanlar olub. Universitetimiz yeni tədris ilində bir sıra uğurlar əldə edilib - yeni beynəlxalq proqramda iştirak hüququ qazanıb, həyətyanı ərazisində nəzərəçarpacaq abadlıq və quruculuq işləri aparılıb, əməkdaşların maaşları artırılıb. Hazırda universitetdə tədrisin keyfiyyəti artırılıb və tam şəffaf mühit təmin olunub.

Universitetdə həyata keçirilən islahatlar tələbə və əməkdaşlar tərəfindən müsbət qarşılanır.

Sadəcə bəzi maraqlı dairələr universitetdə gedən islahatları qəbul etmirlər, işdən öz ərizəsi ilə çıxmış sabiq əməkdaşlardan bu və digər şəkildə sui-istifadə edərək Azərbaycan Texnologiya Universitetinin imicinə zərər gətirməyə çalışırlar”.

Xəbər lenti