Logo

Atası intihar edən tələbə oğlundan yazdı: "Sənə o qədər ümidlərimiz var idi ki..." - FOTO

25.10.2022 10:26 1724 baxış
IMG

Bir neçə gün əvvəl intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədlinin atası Şahin Səmədli oğlunun vəfatı ilə bağlı paylaşım edib.

Tehsil.biz xəbər verir ki, feysbuk hesabında yazan paylaşım edən Şahin Səmədli oğlu haqda bunları yazıb:

"Nə tez getdin aramızdan? Axı sənin hələ böyük arzuların var idi. Xarici universitetlərdə magistratura təhsili almağa hazırlaşırdın. Sənə o qədər ümidlərimiz var idi ki... Oxuduğun müddətdə heç atanı incitmədin. Öz işlərini özün gördün. Bəs nədən bizi tərk etdin? Atanın ürəyini yandırdın. Hər yerdə gözlərim səni axtarır, burnumun ucu göynəyir səndən ötrü. İndi ancaq sənə qovuşmaq həsrəti ilə yaşayıram.Allah sənə rəhmət eləsin, əziz balam".

Xatırladaq ki, Şəhriyar Səmədli oktyabrın 7-nə keçən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asaraq intihar etmişdi.

Xəbər lenti