Logo

92 bal toplayıb işsiz qalan müəllim işlə təmin edilib

14.11.2022 12:36 951 baxış
IMG

Elm və Təhsil Nazirliyi işsiz müəllimi işlə təmin edib.

Tehsil.biz xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim Nərmin Şamxalovanın vakansiyasında yaranan problemlə bağlı məsələyə nazirlik dərhal reaksiya göstərərək müraciətə baxılıb:

“Məsələ barədə müsbət qərar qəbul edilib. Nərmin Şamxalova bu gündən 236 nömrəli tam orta məktəbdə müəllimi kimi fəaliyyətə başlayıb”.

Xatırladaq ki, ötən günlərdə müəllimlərin işə qəbulu imtahanında 92 bal toplayaraq rus bölməsində Azərbaycan dilinin tədrisi üzrə respublika birincisi olan Nərmin Şamxalovanın işsiz qalması ilə bağlı məlumat yayılmışdı.

Həmçinin oxuyun: MİQ imtahanında yüksək bal toplayan müəllim işsiz qalıb - VİDEO

Xəbər lenti