Logo

Seymur Talıbovun adı NDU-nun prorektorlar siyahısından çıxarılıb - FOTOFAKT

08.12.2022 15:06 494 baxış
IMG

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu olan Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin (NDU) rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.

Tehsil.biz xəbər verir ki, universitetin saytında tədris və tərbiyə işləri üzrə, həmçinin ümumi işlər üzrə prorektorlar bölmələrində müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar olsa da, beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.

Məsələ ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. Elm və Təhsil Nazirliyindən isə "Tehsil.biz"ə bu barədə nazirlikdə məlumatın olmadığı bildirildi.

Qeyd edək ki, bir müddət əvvəl də Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Həmin məlumatlarla bağlı NDU-nun mətbuat xidmətindən bu barədə rəsmi məlumatın olmadığı bildirilmişdi.

Fəqan Əzimli

Xəbər lenti