Logo

Seymur Talıbov prorektorluq vəzifəsindən istefa verib

09.12.2022 19:03 453 baxış
IMG

Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən istefa verib.

"Tehsil.biz"in məlumatına görə, bu barədə "Gündəlik Naxçıvan"a universitetdəki mənbələr məlumat verib.

Universitet müəllimlərinin dediyinə görə, Naxçıvanda yoxlamalar başlayandan bəri Seymur Talıbov universitetdə görünmürmüş. Dekabrın 8-də isə ərizə yazaraq vəzifəsindən istefa verib:

“Seymur Talıbov Naxçıvan Dövlət Universitetində  Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində idi. O, həm də qeyri-rəsmi olaraq universitetə də rəhbərlik edirdi. Öz yaxınlarını universitetlərdə  müxtəlif vəzifələrə yerləşdirməklə yığılan rüşvətə birbaşa nəzarət edirdi. Qəbulda, imtahanlarda, kəsiri olanlardan yığılan bütün pullar sonda ona çatırdı. Bu günlərdə NDU-da yoxlamalar başlanıb və bütün bu qanunsuzluqlar üzə çıxıb. İndi deyirlər ki, yığdığını gətir, qoy ortalığa. İstefa verməklə guya iz itirir. Əlində nə var, alacaqlar".

Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu olan Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin (NDU) rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.

Xəbər lenti