Logo

Qəzada yaralanan müəllimlərin vəziyyəti necədir?

14.12.2022 18:00 412 baxış
IMG

Ötən gün Bakı-Quba yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb. 

Tehsil.biz xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar xəsarət alan 3 nəfər (hər biri qadın olmaqla) dekabrın 13-ü ambulator müalicə üçün evə buraxılıb.

"Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunan 1 nəfər (kişi olmaqla) isə dekabrın 13-də əməliyyat olunub, hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Vəziyyəti stabildir", - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, dünən səhər saatlarında Bakı-Quba yolunda qəza baş verib. Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.

Həmçinin oxuyun: Yol qəzasında ölən müəllimin FOTOSU

Xəbər lenti