Logo

Nümunəvi, nizam-intizamlı şagird idi, intihar etdi

16.12.2022 18:51 2905 baxış
IMG

Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbin şagirdi İlqar Əlizadənin yaşadığı binanın 11-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı xəbər vermişdik.

"Tehsil.biz"in məlumatına görə, 11-ci sinifdə oxuyan İlqar nümunəvi şagird olub.

İ.Əlizadənin sakittəbiətli şagird olduğu bildirilir.

Məlumata görə, o, yoldaşları ilə normal münasibəti olan, nizam-intizam qaydalarına və dərslərində davamiyyətə əməl edən şagird olub.

Qeyd edək ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Fəqan Əzimli

Xəbər lenti