Logo

"30 ilin müəllimini illərlə canını verdiyi peşəsindən kənarlaşdırmaq şərəfsizlikdir"

17.12.2022 15:33 3006 baxış
IMG

"Səriştəsizliyin hakim olduğu bir sahədə bir ailə başçısını ailəsinə apardığı gündəlik çörəkpulu ilə sınağa çəkmək, illərlə canını verdiyi peşəsindən kənarlaşdırmaq şərəfsizlikdir".

Bunu təhsil eksperti Elşən Qafarov "Tehsil.biz"ə açıqlamasında ötən günlərdə şagirdi döyən müəllimin işdən azad olunmasına münasibət bildirərkən deyib.

Elşən Qafarov (təhsil eksperti)

Ekspert bu qərarın haqsız olduğunu hesab edir: "Həmin müəllimlə əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı göstərişi verən, sistemdə bu işə məsul vəzifələrdə, isti kabinet və yumşaq kreslolarda oturan şəxslər bilsin ki, Allah böyükdür, dövlətimizin verdiyi səlahiyyətlərdən sui-istifadə edərək müəllimlərə qarşı bu bu haqsızlığa yol verənlər çox keçməz ki, öz ailələri də bu vəziyyətlə qarşılaşacaq. O gün uzaqda deyil".

Elşən Qafarov bu halın utandırıcı olduğunu vurğulayıb: "O müəllimin yanında ola bilməyən bir cəmiyyətin və təhsil camiyəsinin üzvü olduğum üçün özüm özümdən utanıram. Amma utanılası adamlar kim olmalıdır, adları da məlum, vəzifələri də".

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə müəllimin şagirdi döyməsini əks etdirən görüntü yayılmışdı.

Mərcanə Əsədova

Xəbər lenti