Logo

Üzeyir Hacıbəyovu Üzeyir Mehdizadəyə dəyişənlər...

04.01.2023 19:46 420 baxış
IMG

Bir video yayıldı. İki oğlan Üzeyir Hacıbəyovun heykəli ilə məzələnirdilər.

Biri o birinin ayaqqabısını Üzeyir bəyin başına atır. Ayaqqabı gedir düşür Üzeyir bəyin qucağına, qalır orda.

Cavan oğlanlardır. Yalan olmasın, 22-23 yaşları olar. Hətta çox olar, az olmaz.

Videoda göründüyü kimi oğlanlar qara kurtka geyinib, burunlarına qədər çolka uzadıb, saçları yağlıdır, ayaqlarında qara makasin var, oğru yolu gedirlər, metroların qabağında adamlardan siqaret dilənirlər.

Üzeyir bəy də dinməz-söyləməz baş verənlərə baxır. Elə baxır, sanki o uşaqlara yazığı gəlir.

Doğrudan da, adamın o uşaqlara yazığı gəlir. Üzeyir Hacıbəyovu tanımırlar. Üzeyir Hacıbəyovun varlığından xəbərdar deyillər.

Onlar üçün bir dənə Üzeyir var. O da Mehdizadə.

Onlar böyük Üzeyiri balaca Üzeyirə çoxdan dəyişiblər.

Bəli, Üzeyir bəy onlara hirslənmirdi. Çünki günah o iki cavan oğlanda deyil. Burda durub özümdən Amerika açası deyiləm. Günahın kimdə olmasını siz də bilirsiz, mən də bilirəm, Üzeyir bəy də bilir.

Görəsən, həmin uşaqlar Rövşən Lənkəranskinin, Hikmətin, yaxud Mamedin heykəlinə qarşı elə şey edərdilərmi? Yaxud mən gedib Hikmətin heykəlinə ayaqqabı atsam, o cəbhənin adamları mənə qarşı hansı münasibət göstərərdi? Yaxud Vüqar Biləcəriyə qarşı? Adamın dədəsini yandırarlar. Ola bilsin, Üzeyir bəyin fərqi də bundadır.

Doğrudan, biz nə tövr iş görməliyik?

Rəna Nevzat

Həmçinin oxuyun: "Hacıbəyov Üzeyiri unudub Mehdizadə Üzeyiri trend edən xalqım"

Xəbər lenti