Logo

Məktəbdə ayaqyoluna görə etiraz edən müəllim cəzalandırılıb? - VİDEO

08.01.2023 17:14 666 baxış
IMG

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllimin təhsil ocağında ayaqyolu olmamasına görə etirazını əks etdirən görüntülər yayılıb.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, həmin videonu çəkərək etiraz bildirən müəllim töhmət alıb.

Məlumatı dəqiqləşdirmək üçün Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən saytımıza bildirildi ki, bu gün qeyri-iş günü olduğundan, görüntünün də bu gün yayıldığından həmin müəllimin töhmət alması inandırıcı deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin töhmət aldığı və əməkhaqqısının kəsildiyi barədə kütləvi formada məlumatlar yer alır.

Xəbər lenti