Logo

Leyla müəllimdən YENİ AÇIQLAMA: "Əllərindən gələni edirlər ki, işimi itirim"

10.01.2023 09:36 6577 baxış
IMG

"Mən şəhərdə böyümüş, oxuyub təhsil almış və kəndə getmiş, qərbçilik çəkən bir müəlliməm".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında məktəbdə sanitar qovşaq olmadığına görə etiraz edərək video çəkib paylaşmaqla gündəmə çevrilən İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Leyla Nəcəfquliyeva deyib.

Leyla müəllim orada dörd övladı və şagirdlərindən başqa heç bir kəsinin olmadığını bildirib: "Məndə elə bir güc var ki, bu gün mən hamı ilə mübarizə aparmağa hazıram. Son zamanlar mənim günü-gündən gücləndiyimi gördülər. Yaxşı nailiyyətlərim, uğurlarım, şagirdlərimin çalışqanlıqları ilə yaxşı nəticə göstərmələri bunu deməyə əsas verir. Buna görə də beş-altı müəllim olmaqla qrup yaradıldı ki, məni yıxsınlar. Onlar şər atmaqla bunu etmək istəyirdilər, bilirdilər ki, mənim həssas yerim şagirdlər və övladlarımdır. Onlar məni tələyə salmaq istəyirdilər, ancaq düşünmürdülər ki, məni qoruyan Allahım var".

L.Nəcəfquliyeva deyib ki, ona qarşı bir neçə müəllim tərəfindən probeləm yaradılır, qıcıq yaradan addımlar atılırdı: "Mənim şagirdlərim ayaqyoluna gedəndə başqa müəllimlər öz şagirdlərinə ayaqyoluna girməyi, mənim şagirdlərimi itələyib irəli keçmələrini tapşırırdılar ki, mən qıcıq olum. Bu uşağı da mən gördüm və hiss edəndə ki, bu mənim ən yaxınımın övladıdır, mənə pis təsir etdi. Amma həmin müəllimin də yetişdirdiyi uşaq olduğunu da unutmadım. Mənim uşağım şalvarını isladanda bu uşağın günahi var idi artıq, mən necə sakit dayana bilərdim? Uşaq heç nə demədi. Dedim, digər uşaqları gözləmədən, icazə almadan ayaqyoluna getmisən? Uşaq dinmədi. Mən nə etməli idim? Bu uşağın da müəllimi məni istəmir, çünki mən onunla paralel irəliləyirəm, uğurlarım onu dəli edir, hər yerdə mənim adım çəkilir, bütün valideynlər məni dəstəkləyir, övladlarını mənim sinfimə qoymaq istəyir, valideynlər həmin müəllimlərə deyirlər ki, siz necə müəllimsiniz ki, Leyla müəllim qədər də ola bilmədiniz? Bu ifadələr də həmin müəllimlərə təsir edir. Ona görə də onlar bilmirlər, necə etsinlər və həmin görüntünü saxlayıblar. Mən həmin görüntünü də, səs yazısını da saxlamışam, valideynə də qabaqcadan xəbərdarlıq etmişəm ki, sənin övladın belə iş görüb. Direktor və direktorun həyat yoldaşı belə mənə qıcıq olublar, əllərindən gələni edirlər ki, mən işimi itirim".

Fəqan Əzimli

Həmçinin oxuyun: "Direktor bəzi təbii ehtiyaclarını vedrə vasitəsi ilə qarşılasın"

Xəbər lenti