Logo

"Direktor bəzi təbii ehtiyaclarını vedrə vasitəsi ilə qarşılasın"

09.01.2023 18:08 1817 baxış
IMG

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Leyla Nəcəfquliyevanın dərsi boykot edərək ayaqyolu tikilənə qədər şagirdlərdən məktəbə gəlməmələrini istəməsi gündəmi zəbt edib.

Tehsil.biz xəbər verir ki, tanınmış şairə Nazilə Səfərli də sosial şəbəkə hesabında paylaşım etməklə məsələyə münasibət bildirib.

Onun fikirlərinə görə, yaxşı olardı ki, Elm və Təhsil Nazirliyi o məktəbin direktorunun iş otağına boş vedrə qoymağı tələb etsin ki, direktor bəzi təbii ehtiyaclarını vedrə vasitəsi ilə qarşılasın:

"Direktorun kabinetində olan ayaqyolunu isə yenisi tikilənə qədər şagirdlərin istifadəsinə versinlər. Nəyə görə belə yazdım, çünki nazirliyi problemlərdən agah etmək və büdcədən ayrılmış vəsaiti lazımi problemlərə yönəltmək direktorun birbaşa vəzifəsidir. Cənab nazir, yeyinti olub-olmadığını müəyən etmək üçün komissiya göndərməyinizi xahiş edirik. Problemi işıqlandıran müəllimin maaşından tutulan pulu isə özünə qaytarın”. 

Nazilə Səfərli qeyd edib ki, bu işi öz öhdəsinə götürməyə belə hazırdır:

“Allaha xatir, mən bu işi öhdəmə götürərəm. Növbə gözləyərkən sidik qaçırıb uşaqların önündə gülünc olan körpələrə, yəni aşağı siniflərdə təhsil alan uşaqlara xatir tualeti şəxsən özüm tikərəm. Çox təkliflər var, amma hələlik bu qədər bəs edər. İmişli rayonuna toya getsək, daha yaxşı olardı, görünür, qismət belə imiş”.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Leyla Nəcəfquliyeva məktəbdə sanitar qovşaq olmamasından şikayətlənmiş, dərsi boykot edərək ayaqyolu tikilənə qədər şagirdlərdən məktəbə gəlməmələrini istəmişdi. Daha sonra müəllimin bu hərəkətinə görə töhmət alması ilə bağlı məlumat yayılmış, Mil-Muğan Regional Təhsil İdarəsi isə məlumatı təkzib etmişdi.

Həmçinin oxuyun: Ayaqyoluna görə etiraz edən müəllim DANIŞDI - VİDEO

Həmçinin oxuyun: Şagird şalvarını, Azərbaycan təhsili altını batırdı...

Xəbər lenti