Logo

Müəllim ayaqyolu olmamasına etiraz etdiyi üçün töhmət almayıb - RƏSMİ

09.01.2023 10:33 3179 baxış
IMG

İmişli rayonu Aranlı kənd məktəbində sanitar qovşağının olmaması ilə bağlı video çəkdiyinə görə müəllimə töhmət verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Tehsil.biz"ə Mil-Muğan Regional Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, töhmət 2022-ci ilin dekabr ayının əvvəlində verilib:

"Müəllim dekabrın əvvəlində rəhbərliyə heç bir məlumat vermədən iki gün dərsə gəlməyib. Töhmət bu səbəbdən verilib".

Həmçinin oxuyun: Ayaqyoluna görə etiraz edən müəllim DANIŞDI - VİDEO

Həmçinin oxuyun: Məktəbdə ayaqyolu olmaması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər lenti