Şəkidə 10 gün əvvəl evdən çıxaraq geri qayıtmayan 17 yaşlı məktəbli tapılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, yanvarın 14-də itkin düşən Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev Bakı şəhərində aşkarlanıb.
O, ailəsinə təhvil verilib.