Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəllim və valideynlər məktəb direktoruna qarşı etiraz aksiyası keçirirlər.
"Tehsil.biz"in məlumatına görə, etirazçılar məktəbə fevralın 17-də direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər.
Narazılığa səbəb direktorun vəzifəyə təyin olunduqdan sonra yeni qadağaların tətbiqinə başlaması ilə bağlı olduğu bildirilir.
Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, idarənin əməkdaşları hazırda sözügedən məktəbdədirlər.
"Hadisə ilə əlaqədar araşdırma aparılır, ictimaiyyətə geniş məlumat veriləcək", - idarənin cavabında qeyd olunub.
Mərcanə Əsədova