Logo

Bu gün Geomaqnit sahəsində qasırğa gözlənilir

20.02.2023 11:35 297 baxış
IMG

Bu gün geomaqnit sahədə G1-G2 səviyyəli qasırğa gözlənilir.

Bu barədə "Tehsil.biz"ə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 21-də bir qədər sakitləşəcək Geomaqnit sahəsinin fevralın 22-də müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.

Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınmışdır. Hazırda Geomaqnit sahə sakitdir (1Kp). Proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir.

Xəbər lenti