Zəngilan rayon Ağalı kənd tam orta məktəbində "Heydər Əliyev İli" çərçivəsində "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı bilik yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışda Ağalı kənd tam orta məktəbinin V-IX siniflərində təhsil alan şagirdlər iştirak ediblər.
Yarış 6 komanda arasında 3 mərhələ üzrə keçirilib.
Suallar ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma ilə bağlı mövzuları əhatə edib.
Yarışın sonunda qalib komandalar mükafatlandırılıb.