Logo

Qış Liderlik Düşərgəsi keçirilib

21.02.2023 10:08 343 baxış
IMG

18-19 fevral tarixlərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Qış Liderlik Düşərgəsi” keçirilib.

Tehsil.biz xəbər verir ki, gənc direktor müavinlərinin iştirakını nəzərdə tutan düşərgə gənc təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təşkil olunub.

Seçilmiş 25 iştirakçıya 2 gün müddətində “Liderlik”, “Konfliktin idarəedilməsi”, “Kommunikasiya”, “Layihə idarəetməsi”, “Buraxılış siniflərində keyfiyyətin artırılması üçün strateji planın hazırlanması” təlimləri keçirilib.

Fəaliyyət Elm və Təhsil Nazirliyinin elan etdiyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsində qalib olmuş “XXI əsrin tələblərinə uyğun təhsil-gənc müəllimlərin peşəkarlığının artırılması” layihəsi çərçivəsində icra olunur.

Xəbər lenti