Logo

BDU-nun magistrantı Nyu-York Buffalo Universitetində təhsil alacaq

21.02.2023 10:17 364 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının Biokimya ixtisası üzrə əcnəbi magistrantı Adeoke Olatunbosun Nyu-York Buffalo Universitetinin nəzdində - Jacobs Tibb və Biotibbi Elmlər Məktəbində Biotibbi elmlər ixtisası üzrə tam təqaüdlü (dövlət sifarişli) doktaranturaya qəbul olub.

Bu barədə "Tehsil.biz" BDU-dan məlumat verilib.

Adeoke Olatunbosun magistratura təhsili müddətində yüksək göstəriciləri ilə fərqlənib.

Təhsil müddətində biologiya üzrə fəlsəfə doktoru Nigar Hüseynovanın rəhbərliyi altında “Nanohissəciklərin fotosintetik piqmentlərin sintez prosesinə təsirinin tədqiqi” adlı dissertasiya işi ilə bağlı tədqiqatlar aparıb və alınmış nəticələri nüfuzlu “Journal of environmental science and public health” (IF-3.6) jurnalında dərc etdirib.

Xəbər lenti