Fevralın 20-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mərkəzi Kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Əli İbadov adına Tüklə kənd tam orta məktəbinin VI-XI sinif şagirdləri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin Tarix müəllimi Vüqar Əsədullayev bildirib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurdu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsin yaddaşındadır. Bugünkü gənclik o illəri tarix dərsliklərindən və digər vəsaitlərdən öyrənirlər. Ulu öndər Heydər Əliyevin gördüyü işlər Vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunu nümayiş etdirir.
Sonra kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub.
Yekunda məktəblilər kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.