Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Aynur Bağırlı Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən VII Avrasiya Sosial Elmlər Beynəlxalq Konfransında iştirak edib.
ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, universitet əməkdaşının “Sosial təhlükəsizliyin təmin edilməsində Azərbaycan modelinin özəllikləri” mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
A.Bağırlı konfransda sertifikata layiq görülüb.