Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, magistraturaya qəbul imtahanında maksimal nəticə (100 bal) göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Zeynallı Nihad Rasim oğlu olub.
Qeyd edək ki, N.Zeynallı 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında 648.7 bal toplayıb.