Fevralın 20-də Bakı Ali Neft Məktəbində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin tələbələrlə görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması olub.
BANM-in rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, görüşün əhəmiyyətindən danışıb.
Maarifləndirmə məqsədi ilə keçirilən görüşdə TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayev TTKF-nin fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.
Görüşdə mövzuya dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.



