Fevralın 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Ana dili günü ilə əlaqədar “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov Beynəlxalq Ana Dili Gününün yaranma tarixi haqqında məlumat verib.
Sonra kitabxananın əməkdaşı Rasif Dadaşov mövzu ilə bağlı məruzə edib.