Logo

Nazirlikdən müəllimlərin nərd oynaması ilə bağlı AÇIQLAMA - VİDEO

04.03.2023 18:24 710 baxış
IMG

Elm və Təhsil Nazirliyi Xarici Dillər Təmayüllü Gimnaziyada müəllimlərin nərd oynaması məsələsinə münasibət bildirib.

Nazirlikdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, gimnaziyada tədris prosesi başa çatdıqdan sonra tərbiyə saatları başlayır.

Qeyd olunub ki, "İdman həftəsi" çərçivəsində heyət üçün təşkil olunan masaüstü oyunlar həmin vaxtlarda təşkil edilib:

"Bu zaman fənn müəllimlərinin iş vaxtı bitir, şagirdlər tərbiyəçi müəllimlərə təhvil verilir. Oyunda iştirak edənlər dərsləri olmayan fənn müəllimləri, həmçinin texniki heyət olmuşdur. Odur ki, bu tədris prosesinə mane olmamışdır".

Qeyd edək ki, sosial şəbəkədə müəllimlərin məktəbin idman zalında çay içə-içə nərd oyunu oynadıqlarını əks etdirən görüntülər yayılmışdı. Həmin görüntülər ictimaiyyət arasında müzakirələrə səbəb olmuşdu.

Xəbər lenti