Logo

"Rəqqasənin universitetə dəvət edilməsi başadüşüləndir" - Mütəxəssis

11.03.2023 09:55 1307 baxış
IMG

"Universitetlərdə tələbə klubları istədikləri insanı spiker olaraq ali təhsil müəssisəsinə dəvət edə bilər".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov rəqqasə Oksana Rəsulovanın "Naxçıvan" Universitetində qonaq olaraq öz həyat və iş təcrübəsini tələbələrlə bölüşməsinə münasibət bildirərkən deyib.

Q.Məhərrəmovun sözlərinə görə, universitet rəhbərliyi belə bir şey edirsə, daha diqqətli olmalıdır:

"Oksana xanım həm rəqqasə, həm də aktrisadır. Deyilənə görə tibb təhsili də alıb. Yəni belə bir insanın dəvət edilməsi başadüşüləndir. Sadəcə universitet rəhbərliyindən gözlənti bu deyil. Tələbə klubu dəvət edibsə, qəti bu məsələ mövzu edilə bilməz, UNEC tələbələri necə ki, tik-tokerləri dəvət etmişdi".

"Universitet dəvət edirsə, xoş baxmıram, tələbə dəvət edirsə, normal baxıram. Tələbə bəlkə elə əyləncə üçün dəvət edib. Bu axı onun haqqıdır", - deyə Qoşqar Məhərrəmov əlavə edib.

Qeyd edək ki, "Naxçıvan" Universitetində "Həmsöhbət" layihəsi çərçivəsində rəqqasə Oksana Rəsulova təhsil müəssisəsinin qonağı olub. Bu, sosial şəbəkədə müzakirələrə yol açıb.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə (ADPU) tələbələrlə bloger və aktyorların görüşü təşkil edilmişdi. Hər iki görüş də ictimai qınaqdan yan keçməmişdi.

Xəbər lenti