Logo

Prokurorluq şagirdlərin qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparır

06.04.2023 15:12 381 baxış
IMG

Bu gün Bakı şəhər 20 saylı orta məktəbdə şagirdlər arasında baş vermiş kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Tehsil.biz xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriliib.

Qeyd edilib ki, 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır:

"İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

Həmçinin oxuyun: AQTA şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb

Xəbər lenti