Logo

Azərbaycanda məktəblə hazırlıq kursu müqavilə bağlayıb - RƏSMİ

11.04.2023 14:15 973 baxış
IMG

Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayon Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbdə "Hindarx Tədris Mərkəzi"nə müəllimlərin işə qəbulu imtahanının keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, tədris vaxtından kənar şagirdlərin biliyini daha da möhkəmləndirmək üçün əlavə məşğələlər keçiriləcək:

"Həmin məşğələləri keçirmək üçün bilik səviyyəsi daha yüksək olan müəllim seçilməlidir. Bu baxımdan müəllimlər test vasitəsi ilə seçiləcək. Tam ödənişsiz bir test imtahanı nəzərdə tutulub. Fəaliyyət qanuni müqavilə əsasındadır".

Xəbər lenti