Logo

Nazir son zamanlar məktəblərdəki zəhərlənmə hallarından danışıb

26.04.2023 12:16 519 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev son zamanlar məktəblərdə baş verən zəhərlənmə halları barədə danışıb.

"Tehsil.biz"in məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən nazir heç bir məktəbin belə hallardan sığortalanmadığını bildirib.

"Çalışırıq ki, hər bir hadisəni müvafiq olaraq təhlil edək və gələcəkdə təkrarlanmasının qarşısını alaq", - deyə E.Əmrullayev qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda 20 nömrəli məktəb-liseydə və 149 nömrəli məktəbdə qida qəbulundan sonra şagirdlərin səhhətində narahatlıqlar yaranmışdı.

Xəbər lenti