Logo

Kürdə batan məktəblinin meyiti tapılıb

27.05.2023 12:20 680 baxış
IMG

Kür çayının Şirvan şəhəri, Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində batan məktəblinin meyiti tapılıb.

Tehsil.biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azyaşlının meyiti aparılan axtarışlar nəticəsində Sabirabad rayonu Beşdəli kəndi istiqamətində tapılıb. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, azyaşlı Şirvan şəhər 3 saylı tam orta məktəbinin 6-cı sinif şagirdidir. O, Kürdə çimərkən boğulub.

Kənan Nağıbəyli

Xəbər lenti