Logo

İtkin düşən məktəbli tapılıb

02.06.2023 23:07 251 baxış
IMG

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

"Tehsil.biz"in məlumatına görə, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib

Xəbər lenti