Logo

Kosmik hava durumu və proqnozu açıqlanıb - FOTO

04.07.2023 02:28 385 baxış
IMG

Hazırda Günəşin səthində 7 ləkə qrupu və 126 ləkə müşahidə olunur.

Bu barədə "Tehsil.biz"ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, hesabat dövrü ərzində Günəş fəallığı nəticəsində II və IV tip radioemissiya, iyunun 29-da

II dərəcəli qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alınıb. Geomaqnit sahəsi sakit və qeyri-stabil səviyyələrdə olub, iyunun 25-də qısa müddətdə zəif geomaqnit qasırğası baş verib. Hazırda geomaqnit sahəsi sakitdir.

İyulun 3-dən 9-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 55 faiz, X (R3) sinif isə 10 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin sakit və orta səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 3354 oblastındakı fəallıqla əlaqədar olaraq S1 səviyyəsinə qalxacağı ehtimal olunur.

Günəş küləyinin sürətinə, həmçinin geomaqnit sahəsinə iyulun 4-5-də mənfi qütblü CH HSS-nin (Coronal Hole High Speed Streams) zəif təsiri gözlənilir.

Həmçinin oxuyun: Azərbaycanda zəlzələ baş verib - YENİLƏNİB

Xəbər lenti