Logo

Şvartseneger “Cəsarət” mükafatı ilə təltif olunacaq

28.07.2023 18:27 252 baxış
IMG

Hollivud ulduzu Arnold Şvartseneger “Cəsarət” mükafatı ilə təltif olunacaq.

Tehsil.biz xəbər verir ki, sənətçiyə mükafatı Kaliforniyanın keçmiş qubernatoruna Los-Ancelesdəki Holokost Memorial Muzeyi təqdim edəcək.

Rəsmi məlumata görə, o, bu mükafata antisemitizm və fanatizmə qarşı apardığı uzunmüddətli təbliğatına görə layiq görülüb. Arnold Şvartseneger eyni zamanda bu istiqamət üzrə müxtəlif tədbirlərə mütəmadi olaraq maddi dəstək verib.

Muzeyin rəhbəri Bet Kin vurğulayıb: “Cəsarət” mükafatı bəşəriyyəti bütün formalarda nifrət və qəddarlıqla mübarizə aparmaq üçün maarifləndirməni təcəssüm etdirir”.

Xəbər lenti