Logo

“Bu yay gözəlləşdim” serialı üçüncü mövsümünə hazırlaşır

06.08.2023 12:08 239 baxış
IMG

"Amazon Prime Video”nun Cenni Xanın eyniadlı romanı əsasında ərsəyə gətirdiyi “Bu yay gözəlləşdim” adlı ekran əsəri ən çox izlənilən filmlər arasında onluğa düşüb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, tələbləri nəzərə alaraq, yeniyetmələr üçün istehsal edilmiş serialın üçüncü mövsümünün çəkilişlərinə hazırlıq görülür.

Ekran əsərinin növbəti mövsümü 10 bölümdən ibarət olacaq.

Filmin yaradıcılarının verdikləri məlumata görə, ABŞ Kinematoqrafçılar Gildiyasının təşkilatçılığı ilə davam edən aktyor və ssenaristlərin tətili bitməyənə qədər layihənin üçüncü mövsümü başlamayacaq. Ümumən bu barədə hələ ki, dəqiq məlumat verilmir.

Qeyd edək ki, “Bu yay gözəlləşdim” serialının ikinci mövsümü indiyə qədər “Amazon Prime Video”da yayımlanan seriallar arasında ən çox izlənilən 10 layihədən biridir və ikinci mövsümün premyerası iyulun 14-də olub.

Xəbər lenti