Logo

"Nirvana” qrupunun solisti Kurt Kobeynin gitarası hərraca çıxarılacaq

06.08.2023 20:31 215 baxış
IMG

"Nirvana” qrupunun solisti Kurt Kobeynin elektrik gitarası avqust ayında keçiriləcək “Hollivud və musiqi artefaktları” “Kruse GWS Auction” hərracında böyük məbləğə satılacaq.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, gitaranın satışından təxminən 200 min dollar əldə ediləcəyi planlaşdırılır. Bundan başqa, hərraca musiqiçinin rəsm əsərləri, fotoşəkilləri və üzgüçülük eynəkləri də çıxarılacaq.

Hərrac avqustun 26-da onlayn keçiriləcək, ümumilikdə 350-dən çox lot satışa çıxarılıb. Onların arasında xüsusilə müğənni Elvis Presli üçün hazırlanmış qiymətli əşyalar — onların dəyəri minlərlə dollar təşkil edir — eləcə də Merilin Monronun özündən başqa geyinmədiyi paltarları yer alıb.

Xəbər lenti