Logo

Şagirdin qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb - RƏSMİ

26.11.2023 23:25 268 baxış
IMG

Paytaxtın Sabunçu rayonunda 90 saylı tam orta məktəb şagirdinin göz nahiyəsindən xəsarət alması ilə bağlı polisə daxil olan məlumat araşdırılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb.

Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.

Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.

Xəbər lenti