Logo

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifədən ayrılıb

28.11.2023 10:42 504 baxış
IMG

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifədən ayrılıb.

Tehsil.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

“Əziz dostlar,
Dəyərli təhsil işçiləri,
Ölkəmizdə son onillikdə həyata keçirilən təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və siz əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam. Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi və dəstəyi sayəsində mümkün olmuşdur. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib. Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm. Bir daha hamınıza təşəkkür edirəm və bir təhsil işçisi olaraq sizlərin yanındayam", - R.Hacıyev bildirib.

Qeyd edək ki, Rüfət Haciyevin 24 noyabr tarixində Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumat yayılmışdı.

Xəbər lenti